Taxıl yüklü daha üç gəmi Odessadan yola düşüb

Taxıl yüklü daha üç gəmi Odessadan yola düşüb
  27 Mart 2023    Oxunub:742
Ukraynanın ərzaq məhsulları yüklənmiş daha üç gəmisi “Taxıl dəhlizi” vasitəsilə Odessa limanlarını tərk edib.
Bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat yayıb. Məlumata görə, gəmilərin göyərtəsində ümumilikdə 54,6 min ton kənd təsərrüfatı məhsulu var və onlar Banqladeşə yola salınıb. Hazırda Odessa limanlarında 19 gəmi yüklənmə mərhələsindədir. Onlara 680 min ton Ukrayna kənd təsərrüfatı məhsulu yüklənəcək.

İndiyədək “Taxıl dəhlizi” vasitəsilə Ukraynanın 25,9 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edilib. Avqustun əvvəlindən Asiya, Avropa və Afrika ölkələri üçün ümumilikdə 848 gəmi ilə kənd təsərrüfatı məhsulları daşınıb.

Xatırladaq ki, ötən il iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanından yola çıxıb.

AzVision.az


Teqlər:





Xəbər lenti