İsraildə etirazlar: Hüquq islahatının birinci hissəsi təsdiqləndi

      İsraildə etirazlar:    Hüquq islahatının birinci hissəsi təsdiqləndi
  27 Mart 2023    Oxunub:871
Knessetin Konstitusiya, qanunvericilik və ədliyyə komitəsi hakimlərin təyinatı üzrə komissiyanın tərkibində dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsini plenar iclasda yekun oxunuşlar üçün təsdiqləyib. Bu barədə AzVision.az Knessetə istinadən xəbər verir.
Martın 26-da Hakimlərin Seçki Komitəsində hökumətə avtomatik səs çoxluğu verən qanunun müzakirəsi məhkəmə islahatlarına qarşı geniş etirazlar fonunda səhərə qədər təxirə salınıb.

Qanun parlamentin fevralın 21-də keçirilən plenumunda birinci oxunuşda təsdiqlənib.

İsrail hüquq sistemində davam edən islahatlara qarşı kütləvi etirazlar on ikinci həftədir davam edir. Təklif olunan qanunlar paketi Ali Məhkəmənin səlahiyyətlərini əhəmiyyətli dərəcədə azaldacaq və hakimlərin təyinatına nəzarəti hökumətə verəcəkdi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti