İsrailin ən böyük aeroportundan uçuşlar dayandırıldı: Etiraz

   İsrailin ən böyük aeroportundan uçuşlar dayandırıldı:    Etiraz
  27 Mart 2023    Oxunub:1036
İsrailin ən böyük hava limanı olan Ben Qurionda işçilər ölkədəki məhkəmə islahatlarına etiraz olaraq uçuşları dayandırıblar.
Ben Qurion yalnız hava limanına yola düşmüş uçuşları qəbul edəcək. Tətilin başladığını İsraildə hava limanları işçilərinin həmkarlar ittifaqının rəhbəri Pinças İdan elan edib. Bu barədə “The Times of Israel” məlumat yayıb.

“Mən hava limanında uçuşları dərhal dayandırmağı əmr etdim”, -Qəzet cənab İdanın sözlərini sitat gətirir. Həmkarlar ittifaqı izah edib ki, İsrailin baş naziri Benyamin Netanyahu məhkəmə islahatlarının ləğvini elan etməsə, tətil bu gün, martın 27-də başlayacaq.

2022-ci ilin dekabrında Netanyahunun baş nazirliyə qayıtmasından sonra onun hökuməti hüquq sistemi də daxil olmaqla, bir sıra islahatları elan edib.

İslahata əsasən, Ali Məhkəmənin hakimlərinin seçiminə nəzarət parlament çoxluğuna veriləcək və Ali Məhkəməyə hökumətin qərarlarını ləğv etmək də qadağan olunacaq.

Nəticədə ölkədə kütləvi etirazlar başlayıb. Benyamin Netanyahu islahatı dayandırmaqdan imtina edib. O, həmçinin islahatdan əl çəkməyə çağırışından sonra Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalantı işdən çıxarıb. Bundan sonra ölkədə aksiyalar bərpa olunub.

Etirazlar fonunda İsrail prezidenti Yitzhak Hersoq islahatın ləğv edilməsini istəyib.

Tətili hava limanı işçilərinin həmkarlar ittifaqı ilə yanaşı, həkimlərin həmkarlar ittifaqı və İsrail universitetlərinin rektorları da elan edib.
Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti