"Sökülən piyada keçidi başqa yerdə quraşdırılacaq" - AAYDA

   "Sökülən piyada keçidi başqa yerdə quraşdırılacaq" -    AAYDA
  27 Mart 2023    Oxunub:787
Bakının Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində tikilən və hazırda sökülən keçidi başqa yerdə quraşdırılacaq.
Bu barədə AzVision.az =ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib. O bildirib ki, həmin keçədə işıqforla tənzimlənən piyada zolağı yaradıldığı üçün yerüstü piyada keçidinin inşası məqsədəuyğun hesab edilməyib.

Sözügedən yerüstü piyada keçidi sökülərək zəruri olan başqa ərazidə quraşdırılacaq.

Qeyd edək ki, həmin yerüstü piyada keçidi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məqsədəuyğun hesab edilmədiyi üçün sökülüb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti