"Rusiya nüvə silahı yerləşdirməkdən imtina etməyəcək" - Peskov
“Belə reaksiya şübhəsiz ki, Rusiyanın planlarını dəyişə bilməz. Prezident şənbə günü verdiyi müsahibədə hər şeyi izah etdi, buna əlavə ediləcək heç nə yoxdur”, - Kreml sözçüsü bildirib.
Martın 25-də Rusiya prezidenti Vladimir Putin Belarusda taktiki nüvə silahları üçün anbarın tikintisinin iyulun 1-dək başa çatacağını elan edib. ABŞ hələ ki, Rusiyanın Belarusda nüvə silahı yerləşdirməsinin əlamətlərini görmür. Avropa diplomatiyasının rəhbəri Cosep Borrell Aİ-nin yeni anti-Rusiya sanksiyaları tətbiq etməyə hazır olduğunu açıqlayıb. Almaniya Xarici İşlər Nazirliyi cənab Putinin sözlərini nüvə hədəsi cəhdi adlandırıb. Fransa Rusiyanı öz qərarına yenidən baxmağa çağırıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: