Nümayişçilər İsrail parlamentinə daxil olublar

   Nümayişçilər İsrail parlamentinə daxil olublar
  27 Mart 2023    Oxunub:737
Qüdsdə Knesset qarşısında etiraz edən bir neçə nümayişçi binaya daxil olub.
Bu barədə İsrail televiziyası Channel 12 məlumat yayıb. Kadrlarda bir neçə nəfərin Knessetin dəhlizləri ilə getdiyi görünür. Onlar tez bir zamanda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq uzaqlaşdırılıblar.

Bu saatlarda Qüdsdə Knessetin binası qarşısında hökumət əleyhinə böyük mitinq keçirilir. Etirazçılar baş nazir Benyamin Netanyahuya, onun hökumətinə və ölkənin məhkəmə sistemində təklif etdiyi islahatlara etiraz edirlər.

Etirazların artmasına səbəb martın 26-da məhkəmə sistemində islahatların dayandırılmasının lehinə açıq şəkildə çıxış edən müdafiə naziri Yoav Qalantın işdən çıxarılması olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti