Patruşev: “ABŞ-dakı korporasiyalar qazanclara görə gərginlik ocaqları yaradır ”

      Patruşev:    “ABŞ-dakı korporasiyalar qazanclara görə gərginlik ocaqları yaradır ”
  27 Mart 2023    Oxunub:766
“Amerika Birləşmiş Ştatları digər ölkələrdə baş verən və dövlətlərin suverenliklərini pozan müharibələrin sayına görə dünya çempionu olub”.
Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib. “Demokratik şüarları yersiz elan edərək, əslində Vaşinqton çoxdan dövlətlərin suverenliyinin pozulmasında, baş verən müharibə və münaqişələrin sayında, digər ölkələrin vətəndaşlarının kobud və qeyri-qanuni ovlanmasında çempion olub” - o bildirib.

Patruşev həmçinin vurğulayıb ki, ABŞ-dakı korporasiyalar xarici siyasəti formalaşdırır, beynəlxalq hökmranlığı qorumağa çalışır, müxtəlif kontraktlar üzrə əldə etdikləri milyardlarla qazanclara görə dünyada gərginlik ocaqları yaradır.

“Əgər ABŞ həqiqətən də demokratiyaya doğru irəliləmək qərarına gəlsə və müttəfiqlərini - vassallarını aşağılamağı dayandırsa, biz bunu ancaq alqışlayacağıq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti