TƏBİB: Deputat Fazil Mustafanın həyati təhlükəsi yoxdur

      TƏBİB:    Deputat Fazil Mustafanın həyati təhlükəsi yoxdur
  28 Mart 2023    Oxunub:896
Bu gün Bakıda yaşadığı evinin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafanın vəziyyəti stabil olaraq qiymətləndirilir.
Bu barədə AzVision.az-a TƏBİB-dən bildirilib.

"TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib.

Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur", - məlumatda deyilir.

AzVision.az



Teqlər: TƏBİB  





Xəbər lenti