"Bayraq onu daşımağa davam edənə təhvil verilməlidir" - Ərdoğan

   "Bayraq onu daşımağa davam edənə təhvil verilməlidir" -    Ərdoğan
  29 Mart 2023    Oxunub:1128
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti müddətə seçiləcəyi təqdirdə hökumətdə yeni simaların görünəcəyini bildirib.
Ərdoğanın qeyd etdiyi kimi, hakim qüvvə aprelin 9-da deputatlığa namizədlərin siyahısını təqdim edəcək.

“Üç müddətli qayda və digər səbəblərə görə yeni adlar olacaq, bəzi dostlarımızla (işimizi) davam edəcəyik.

Gün gəlir ki, bayraq istər-istəməz onu daşımağa davam edənə təhvil verilməlidir. Nazirlərimiz mayın 14-dən sonra parlamentdə işlərinə davam edəcəklər. Seçkilərdə qalib gəldikdən sonra kabinetdə yeni simalar təyin edəcəyik”, - deyə Ərdoğan hakim partiyanın iclasında bildirib.

Xatırladaq ki, Türkiyədə parlament və prezident seçkiləri mayın 14-nə təyin edilib. Prezident seçkilərinin ikinci turu, lazım gələrsə, mayın 28-nə təyin ediləcək.

Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmən ikinci müddətə namizədliyini irəli sürür. Dövlət başçısının əsas rəqibi müxalifətdə təmsil olunan Kamal Kılıçdaroğludur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti