Podolyakdan Lukaşenkoya atmaca: "Gülünc görünür"

      Podolyakdan Lukaşenkoya atmaca:    "Gülünc görünür"
  31 Mart 2023    Oxunub:1043
Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Belarus lideri Aleksandr Lukaşenkonun “hər iki tərəfdən qoşunların yerdəyişməsi və yenidən qruplaşdırılması hüququ olmadan” Ukraynada döyüşləri dayandırmaq təklifini rədd edib.
"Yenə də bəndlər. İstənilən atəşkəs Rusiya Federasiyasının işğal olunmuş ərazilərdə qalmaq hüququ demək olacaq. Bu, tamamilə qəbuledilməzdir. Ukraynanın öz ərazisi ilə qoşun və texnikanı istədiyi kimi yeritmək hüququ var. Qəribə "sülhməramlılar" gülünc görünür”, – Podolyak Twitter-də yazıb.

Cümə günü Belarus xalqına və parlamentinə müraciətlə çıxış edən prezident Aleksandr Lukaşenko bildirib ki, Ukraynada nizamlanma üzrə danışıqlara “sabah deyil, indi” başlamaq lazımdır. O, hər iki tərəfdən qoşunların yerdəyişməsi və yenidən qruplaşdırılması hüququ, eyni zamanda silah və sursat, canlı qüvvə və texnikanın ötürülməsi hüququ olmadan Ukraynada hərbi əməliyyatları dayandırmağı təklif edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti