"Səfirinizi qovmuruq, onu buraxın" - Bayden

   "Səfirinizi qovmuruq, onu buraxın" -    Bayden
  31 Mart 2023    Oxunub:960
ABŞ prezidenti Co Bayden Rusiya hökmətini The Wall Street Journal (WSJ) qəzetinin həbs edilmiş jurnalisti Evan Gerşkoviçi dərhal azad etməyə çağırıb.
Eyni zamanda, Bayden açıq şəkildə bildirib ki, WSJ əməkdaşının həbsinə cavab olaraq Birləşmiş Ştatlar rusiyalı diplomatları və jurnalistləri ölkədən qovmayacaq.

"Onu buraxın", - ABŞ prezidenti media nümayəndəsi ilə söhbəti zamanı deyib.

Qeyd edək ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda Amerikanın “The Wall Street Journal” qəzetinin müxbiri Evan Qerşkoviçi saxlayıb.

Jurnalistin Yekaterinburqda məxfi məlumatları əldə etməyə çalışarkən saxlanıldığı bildirilir. FTX-nin məlumatına görə, ABŞ-ın göstərişi ilə Qerşkoviç Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında məlumat toplayırmış.

Rusiya FTX-nin İstintaq İdarəsi Qerşkoviçə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət işi açıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti