"Rusiya qalib gəlsə ABŞ hərbi büdcəsini artıracaq" - Keçmiş kəşfiyyatçı

   "Rusiya qalib gəlsə ABŞ hərbi büdcəsini artıracaq" -    Keçmiş kəşfiyyatçı
  01 Aprel 2023    Oxunub:2263
Pentaqon Rusiyanın Ukrayna münaqişəsində qələbəsindən sonra ABŞ-ın hərbi büdcəsini artırmağı planlaşdırır.
AzVision.az xəbər verir ki, bunu "Judging Freedom YouTube" kanalına müsahibəsində ABŞ Dəniz Piyadaları Korpusunun təqaüddə olan kəşfiyyat zabiti Skott Ritter deyib.

Pentaqonun Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Millinin açıqlamalarını şərh edən keçmiş kəşfiyyatçı qeyd edib.Amerika hərbi departamenti öz xərclərini planlaşdırarkən və Ukraynadakı münaqişəni qiymətləndirərkən artıq Moskvanın Kiyev rejimini məğlub edəcəyi faktından çıxış edir.

"“Rusiya qalib gələndə”. Biz artıq “Rusiya qalib gəlsə” demirik! Birgə Qərargah Rəislərinin sədri deyir ki, Rusiya qalib gələndə toplanacaq üstünlükləri kompensasiya etmək üçün müdafiə büdcəmizi ikiqat artırmalı olacağıq", Ritter əlavə edib.

Onun sözlərinə görə, nəticədə ABŞ-ın müdafiə büdcəsi 880-900 milyard dollardan 1 trilyon və 800 milyard dollara qədər arta bilər.

Qeyd edək ki, maart ayında Ritter Ukrayna münaqişəsində Kiyevin qaçılmaz məğlubiyyətini proqnozlaşdırmışdı. Onun fikrincə, Ukrayna ordusu sözün əsl mənasında heç nə edə bilməyəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti