Rusiya Ukraynada 173 990 nəfər canlı qüvvə itirib

Rusiya Ukraynada    173 990 nəfər    canlı qüvvə itirib
  01 Aprel 2023    Oxunub:1089
Ukrayna Rusiya ordusunun müharibədə verdiyi itkilərinin yenilənmiş siyahısını yayıb.
AzVision.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 173 990 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 616 tank, 6 981 zirehli maşın, 2 683 artilleriya sistemi, 527 reaktiv yaylım atəşi sistemi, 279 hava hücumundan müdafiə sistemi, 306 təyyarə, 291 helikopter, 2 248 PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 5 528 avtomobil texnikası və avtosistern, 296 xüsusi texnikadan ibarətdir.

AzVision.az



Teqlər: Rusiya   Ukrayna  





Xəbər lenti