Emmanuel Makron və İlham Əliyev Moldovada görüşəcəklər

   Emmanuel Makron və İlham Əliyev Moldovada görüşəcəklər
  27 May 2023    Oxunub:1122
Fransa prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevlə Moldovada görüşəcək.
AzVision.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubunda bildirib.

Mən Sizinlə Qafqazın və qitəmizin üzləşdiyi çağırışlar haqqında mübadilələrimizi davam etdirməyə imkan verəcək, iyunun 1-də Kişineuda Avropa Siyasi Birliyinin ikinci sammitində yenidən görüşməkdən məmnunam. Ümid edirəm ki, Praqada olduğu kimi, bu sammit da bizə Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqlara öz dəstəyimizi verməyə imkan yaradacaq. Cənab Prezident, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm", - məktubda qeyd olunub.

AzVision.az



Teqlər: Makron   Əliyev  





Xəbər lenti