PUA-lar Moskvanın bir neçə binaya zərbə endirib

   PUA-lar Moskvanın bir neçə binaya zərbə endirib
  30 May 2023    Oxunub:987
Rusiyanın paytaxtı Moskva şəhərinin meri Sergey Sobyanin özünün teleqram kanalında dronların şəhərə hücum etdiyini bildirib.
Mer uçan pilotsuz təyyarələrin hücumu nəticəsində şəhərdə itki olmadığını qeyd edib. Məlumata görə, mayın 30-da səhər saatlarında PUA-nın hücumu nəticəsində bir neçə binaya cüzi ziyan dəyib. O, əlavə edib ki, şəhərin bütün fövqəladə hallar xidmətləri ərazidədir və hadisənin başvermə şəraitini müəyyənləşdirir.

Mer həmçinin yalnız rəsmi mənbələrə istinad etməyə çağırıb. Bundan əvvəl hadisə şahidləri Moskvanın Novomoskovsk rayonunda yaşayış binasında partlayış baş verdiyini bildiriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti