Rüfət Quliyev vəzifəsindən azad edildi

   Rüfət Quliyev vəzifəsindən azad edildi
  30 May 2023    Oxunub:1143
Deputat Rüfət Quliyev Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifədən azad edilib.
AzVision.az xəbər verir ki bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərarının layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə deputat Kamran Bayramovun namizədliyi irəli sürülüb. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti