Putinlə Ərdoğan telefonda nə danışıblar?

   Putinlə Ərdoğan telefonda nə danışıblar?
  30 May 2023    Oxunub:905
"Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi telefon danışığında qaz qovşağı və taxıl müqaviləsinin konkret detallarını müzakirə etməyiblər".
Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Xeyr, belə təfərrüatlı müzakirələr olmayıb. Bu danışıqları və ətraflı müzakirələri davam etdirmək üçün təsdiq, niyyət və siyasi iradə var idi. Əsas məsələ budur", - Peskov bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Ərdoğan   Putin  





Xəbər lenti