İranın Kino təşkilatının rəhbəri kinorejissorları hədələyib

   İranın Kino təşkilatının rəhbəri  kinorejissorları hədələyib
  30 May 2023    Oxunub:1193
İrandakı teokratik rejimin ən çox ehtiyatlandığı məqamlardan biri də ölkədəki reallığı beynəlxalq aləmə çatdırılması yönündə kinematoqrafçıların əsərlərinin müxtəli kinofestivallarda nümayişidir. Bunun qarşısını almaq üçün İran hakimiyyəti etiraz mitinqlərində iştirak edən kinematoqrafçılara qarşı ən sərt tədbirlərə əl atır.
AzVision.az xəbər verir ki, İranın Mədəniyyət nazirliyinin Kino təşkilatının rəhbəri Məhəmməd Xəzai etiraz edən kinematoqrafçılarla yanaşı, icazə almadan Kann kino festivalına qatılan kinematoqrafçıların da İrandakı fəaliyyətinin qarşısının alınacağını deyib. Xəzaiyə görə, onlar həm müxalifət donunu geyə, həm də İran kinosunda işləyə bilməyəzlər.

“Bizim vəzifəmiz kinonu qorumaq və iş təhlükəsizliyini yaratmaqdır. Yeraltı filmin istehsal olunub bazara çıxarılması və şəriət məsələlərinə uyğun gəlməməsi iş təhlükəsizliyini riskə atıb. Hər hansı bir səbəbdən İranda və İrandan kənarda çəkilmiş qaçaqmal və lisenziyasız filmlərlə İran əleyhinə işləyən hər kəslə əlaqələrimizi kəsəcəyik, aktyor və prodüserdən tutmuş texniki məmurlara qədər hamısının problemləri olacaq. Çünki əks halda təhlükəsiz saxlamaq istədiyimiz kinomuz olmayacaq” - Xəzai söyləyib.

Klassiklər incəsəntin bütün sahələrindən məhz kinonun ən böyük önəm daşıdığını deyiblər. Çünki istər sənədli filmlər, istərsə də bədii filmlər həyatı reallıqları çox sadə şəkildə insanlara çatdıran sənət əsərləridir. Məhz buna görə də, İranın teokratik rejimi ölkə vətəndaşlarının təməl hüquqlarını kobud şəkildə pozulmasını dünya ictimaiyyətinə çatdıran kinematoqrafçılara qarşı belə sərt addımlar atır.

Sahil İsgəndərov
Kamran İsayev


AzVision.az


Teqlər: İran   kino  





Xəbər lenti