Rza Murad Sahrayi İranın təhsil naziri oldu

   Rza Murad Sahrayi İranın təhsil naziri oldu
  30 May 2023    Oxunub:959
İslam Şurasının nümayəndələri İbrahim Rəisi hökumətində təhsil naziri vəzifəsinə təklif olunan Rza Murad Sahrayini dəstəkləyiblər. Onun lehinə 167, əleyhinə isə 86 nəfər səs verib, 14 deputat bitərəf qalıb, 2 səs isə etibarsız sayılıb.

AzVision.az İran mediasına istinadən xəbər verir ki, beləliklə cəmi 269 nümayəndənin iştirak edtiyi parlament iclasında Rza Murad Sahrayini təhsil naziri vəzifəsinə təsdiqlənib. Rza Murad Sahrayi İran parlamenti kürsüsündən rəhbərlik edəcəyi qurumla bağlı planlarından danışıb

“Cəmi bir neçə il ömrü ilə bizdən daha müxtəlif təcrübələr qazanmış nəsillə qarşı-qarşıyayıq... Biz tələbələri vəhşi kiberməkanın pəncəsindən xilas etməliyik”, - yeni nazir deyib.
İranın yeni təhsil nazirinin gənclərdən “müxtəlif təcrübələr qazanması” barədə narahatlığı və İranlı tələbələrin xarici dünya ilə ünsiyyətini məhdudlaşdırmaq məqsədi son aylarda yüksək səviyyəli hökumət rəsmilərinin də bu məsələ ilə bağlı narahatlığını ifadə etməsindən sonra dilə gətirməsi heç də təsadüfi deyil.

Rza Murad Səhrayi aprelin 7-də Təhsil naziri vəzifəsini müvəqqəti icra etməyə təyin olunduqdan az sonra, universitet tələbələri və professorlarını, təhsil işçilərini hədələyərək, hakimiyyətə qarşı istənilən etirazın cavabının qovulmaq olduğunu söyləmişdi. Beləliklə, mürtəce düşüncəli daha bir şəxs İbrahim Rəisi hökumətində mühüm vəzifələrdən birini tutdu.

Sahil İsgəndərov
Kamran İsayev


AzVision.az


Teqlər:





Xəbər lenti