Şimali Koreyada peyk buraxılışı uğursuz olub

   Şimali Koreyada peyk buraxılışı uğursuz olub
  31 May 2023    Oxunub:597
Şimali Koreya Xalq Demokratik Respublikasının (KXDR) kəşfiyyat peyki buraxmaq cəhdi uğursuzluqla nəticələnib. Peykin dənizə düşməsi ilə əlaqədar Cənubi Koreya və Yaponiyada xəbərdarlıq edilib.
Şimali Koreya dövlət mediasında yer alan açıqlamaya görə, peykin daşıyan raket birinci və ikinci pillələri ayrıldıqdan sonra zərbə qüvvəsini itirərək Koreya yarımadasının qərb sahilləri yaxınlığındakı sulara düşüb.

KXDR-in Kosmik Tədqiqatlar Agentliyindən bildirilib ki, qəzaya səbəb daşıyıcı mühərriklərin işində problemlər və yanacağın qeyri-sabitliyi olub.

Belə ki, reaktiv daşıyıcı birinci pillənin ayrılmasından sonra ikinci pillənin mühərrikinin işində yaranan problemlər səbəbindən itələmə qabiliyyətini itirərək yerə düşüb.

Bununla əlaqədar, dizayn qüsurlarının müəyyən edilməsi və onların aradan qaldırılması üçün tədbirlərin işlənib hazırlanması üçün araşdırma aparılması nəzərdə tutulur.

Rəsmi Tokio isə öz növbəsində bu buraxılışla bağlı Pxenyana etirazını bildirib. Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokadzu Matsuno mətbuat konfransında deyib ki, Şimali Koreya BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozub.

AzVision.az


Teqlər:





Xəbər lenti