Türkiyədə bu gün Nazirlər Kabinetinin son iclası keçiriləcək

   Türkiyədə bu gün Nazirlər Kabinetinin son iclası keçiriləcək
  31 May 2023    Oxunub:642
Bu gün prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin son iclası keçiriləcək.
Türkiyənin Mərkəzi Seçki Komissiyası 28-ci Dövr Millət vəkili seçkilərinin yekun nəticələrini açıqladıqdan sonra Böyük Millət Məclisində andiçmə mərasiminin tarixi bəlli olub.

Buna görə, Baş Assambleya cümə günü saat 14:00-da MHP lideri Dövlət Baxçalının sədrliyi ilə toplanacaq. Millət vəkilləri vilayət və ad sırasına görə kürsüyə gələrək and içəcəklər. Son iclas prezident Ərdoğanın yeni kabineti elan etməsindən əvvəl keçiriləcək. İclas yerli vaxtla saat 15:30-a təyin edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti