Hüquq-mühafizə və prokurorluq xərcləri 3 % artırılır

Sənədə əsasən, məhkəmə hakimiyyəti xərclərinin dəyişdirilməyərək 145,67 milyon manat saxlanılması, hüquq-mühafizə xərclərinin 48,191 milyon manat və yaxud 2,3 % artırılaraq 2 milyard 80,008 milyon manatdan 2 128,199 milyon manata, prokurorluq xərclərinin 2,327 milyon manat və yaxud 1,9 % artırılaraq 124,1 milyon manatdan 126,427 milyon manata çatdırılması, məhkəmə qərarlarının icrası xərclərinin dəyişdirilməyərək 10 milyon manat saxlanılması, hüquqi yardım xərclərinin 0,372 milyon manat və yaxud 7,4 % artırılaraq 5,028 milyon manatdan 5,04 milyon manata, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahələrinə aid edilən digər fəaliyyətlərlə bağlı xərclərin isə 18,334 milyon manat və yaxud 4,6 % artırılaraq 398,122 milyon manatdan 416,456 milyon manata çatdırılması nəzərdə tutulub.
AzVision.az
Teqlər: