Erməni polkovnik: "Artıq qızlarımız da məktəblərə narkotik gətirirlər" |
Nəşrin məlumatına görə, Abazyanın iştirakı ilə keçirilən görüşdə əsas müzakirə mövzularından biri narkotik satışı olub. O, parlamentarilərlə söhbətində etiraf edib ki, ölkədə nəinki narkotik alveri çoxalıb, eyni zamanda gənclərin narkotikdən istifadəsi artıb.
Bu kontekstdə Abazyan bildirib ki, yaxın vaxtlarda hansısa formada bu bizneslə məşğul olan bir sıra məmurların həbsi gözlənilir.
Qəzet yazır ki, Milli Təhlükəsizlik Xidmətinin direktoru axtarışda olan sabiq deputat Mihran Poqosyanın da adının çəkildiyi son “kokain hadisəsi”nə də toxunub. Abazyanın sözlərinə görə, o, Poqosyanın Ermənistana qaytarılması və həbs edilməsi üçün hər şeyi edəcək.
Şahanə Rəhimli
AzVision.az