83 yaşlı Al Paçino 4-cü dəfə ata olacaq

   83 yaşlı Al Paçino 4-cü dəfə ata olacaq
  31 May 2023    Oxunub:1437

83 yaşlı amerikalı aktyor Al Paçino dördüncü dəfə ata olacaq. Bu barədə TMZ mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, sevilən sənətçi, 29 yaşlı prodüser Nur Əlfalla səkkiz aylıq hamilədir. Onun bətnindəki uşağın cinsiyyəti açıqlanmayıb. Paçino və Alfalla arasındakı münasibət ötən ilin aprelində məlum olub.

Qeyd edək ki, Al Paçinonun artıq başqa qadınlardan üç övladı var.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: AlPaçino  





Xəbər lenti