Almaniyada islamçılara qarşı əməliyyat başladı

   Almaniyada islamçılara qarşı əməliyyat başladı
  31 May 2023    Oxunub:770
Almaniyanın Cinayət İşləri üzrə Federal İdarəsinin əməkdaşları “İslam Dövləti” terror qruplaşmasının tərəfdarları olduğu iddia edilən şəxslərə qarşı genişmiqyaslı xüsusi əməliyyat keçirir.
Bild yazır ki, axtarışlar Almaniyanın 12 federal əyalətində aparılır. Bildirilir ki, söhbət terror fəaliyyətinin maliyyələşdirilməsi və dəstəklənməsindən gedir.

Bununla belə, Almaniyada konkret terror aktlarının planlaşdırılıb-planlaşdırılmadığı hələ də bəlli deyil. Ölkənin qərbində Şimali Reyn-Vestfaliyanın bir neçə bölgəsində də axtarışlar aparılır. Reydlər Berlində də keçirilib.

Əməliyyata xüsusi təyinatlılar cəlb olunub. Almaniya prokurorluğunun məlumatına görə, artıq yeddi şübhəli şəxs saxlanılıb.
Şahanə Rəhimli
AzVision.az


Teqlər: Almaniya  





Xəbər lenti