Putin və Zelenski Ərdoğanla görüşəcək - KİV

   Putin və Zelenski Ərdoğanla görüşəcək -    KİV
  31 May 2023    Oxunub:1046
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra rusiyalı və ukraynalı həmkarları Vladimir Putinlə Volodimir Zelenski ona baş çəkəcək.
AzVision.az xəbər verir ki, bu barədə “Hürriyet” mənbəyə istinadən məlumat yayıb.

Ərdoğanın andiçmə mərasiminə çoxlu xarici liderlər dəvət olunub. Daha sonra Putinin “ayrı və şəxsi səfəri” planlaşdırılır. Ondan sonra isə Zelenski Türkiyəyə səfər edəcək.

Nəşr yazır ki, siyasətçilər Ukraynada hərbi xüsusi əməliyyatın gedişatını, həmçinin taxıl dəhlizi ilə bağlı məsələləri müzakirə etmək niyyətindədirlər.

AzVision.az


Teqlər: Ərdoğan   Zelenski   Putin  





Xəbər lenti