İranın nüvə probelmi ətrafında müəmmalı gedişlər

   İranın nüvə probelmi ətrafında müəmmalı gedişlər
  31 May 2023    Oxunub:822
“Bayden administrasiyasının yüksək rütbəli rəsmisi İranın nüvə proqramı məsələsində İran hakimiyyət orqanları ilə diplomatik təmasların mümkünlüyü ilə bağlı Oman hakimiyyəti ilə görüş keçirib”. İsrail mənbələrinə istinad edən Amerikanın “Axios” saytı belə məlumat yayıb.

AzVision.az “Axios” saytına istinadən xəbər verir ki, Oman sultanı Heysam ben Tariq Əl Səidin İrana səfərindən öncə ABŞ rəsmilərindən biri Omanın paytaxtı Maskat şəhərinə təşrif buyurub.
“Ağ evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett McGurk bu ayın əvvəlində Oman rəsmiləri ilə ölkənin nüvə proqramı ilə bağlı İranla mümkün diplomatik danışıqlar barədə danışmaq üçün Maskata səs-küysüz səfər edib. Ağ evin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivanla birlikdə İsrail və Səudiyyə Ərəbistanına səfər edən Brett McGurk Ər-Riyaddakı danışıqlardan sonra Maskata getsə də, bu səfər ABŞ və Oman səlahiyyətliləri tərəfindən ictimaiyyətə açıqlanmadı. Ağ ev Oman hökuməti vasitəsilə İranın yüksək rütbəli rəsmilərinin öz nüvə proqramlarına məhdudiyyətlər qoymağa, həmçinin regionda gərginliyi azaltmaq üçün addımlar atmağa hazır olub-olmadığını və bu addımların müqabilində nə istədiklərini araşdırmağa çalışır” - məlumatda deyilir.

Yüksək rütbəli İsrail rəsmisi Axios-a “Amerikalılar müvəqqəti razılaşma istəyirlər” desə də, Ağ evin Milli Təhlükəsizlik şurasının sözçüsü İsrail hakimiyyətinin iddialarını rədd edib:
“ABŞ tərəfindən müvəqqəti razılaşmaya dair yaxud da ki, sanksiyaların ləğvi və ya müdafiə sənədləri ilə bağlı heç bir heç bir müzakirə aparılmır.”

Sahil İsgəndərov
Kamran İsayev


AzVision.az


Teqlər: ABŞ   Oman  





Xəbər lenti