Biləsuvarda sel təhlükəsi ilə bağlı son vəziyyət

Qərargahın rəhbərliyi və aidiyyəti təşkilatların kollektivləri və texnikaları vasitəsilə gecə boyu görülən tədbirlər nəticəsində suyun bir hissəsi Bolqarçay su anbarına, digər hissəsi Mahmudçala ərazisinə yönəldilib.
Selin yarada biləcəyi fəsadların qarşısının alınması və sakinlərin təhlükəsizliyi məqsədilə çayboyu yerləşən Amankənd kəndinin bir hissəsi, Yuxarı Ağalı və Muğan kəndlərinin əhalisi təhlükəsiz şəraitdə təxliyə olunub, sakinlərin mal-qarası və ətraf ərazidə heyvandarlıqla məşğul olan obalar ərazidən çıxarılıb.
Amankənd kəndi üzrə 45 təsərrüfatda 260 nəfər, Yuxarı Ağalı kəndi üzrə 164 təsərrüfatda 953 nəfər və Muğan kəndi üzrə 82 təsərrüfatda 477 nəfərin təxliyəsi həyata keçirilib. Görülən tədbirlər nəticəsində hazırda suyun səviyyəsi normal vəziyyətə düşüb, sel suları heç bir dağıntı və tələfata səbəb olmayıb. Kəndlərdən təxliyə olunan əhali öz evlərinə qayıdıb.
AzVision.az
Teqlər: