Delhidən Bakıya uçuşlara başlanacaq

Delhidən Bakıya uçuşlara başlanacaq
  03 İyun 2023    Oxunub:1410
Hindistanın aşağıbüdcəli aviaşirkəti “IndiGo” bu ilin avqust ayından Delhidən Bakıya birbaşa uçuşlara başlayacaq.
AzVision.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, aviaşirkət avqustdan həmçinin Delhidən Tbilisiyə, sentyabrdan isə Özbəkistanın Daşkənd və Qazaxıstanın Almatı şəhərlərinə aviareyslər yerinə yetirəcək.

“IndiGo” həmçinin bu ilin iyul ayından Hindistanın Mumbay şəhərindən Keniyanın Nayrobi və İndoneziyanın Cakarta şəhərlərinə uçuşlar yerinə yetirməyi planlaşdırır.

AzVision.az



Teqlər: Delhi   Bakı   Uçuşlar  





Xəbər lenti