Yunanıstanda banan qutularında 160 kq-dan çox kokain tapılıb

Yunanıstanda banan qutularında 160 kq-dan çox kokain tapılıb
  03 İyun 2023    Oxunub:1725
Yunanıstan polisi Yunanıstana göndərilmiş banan qablarında 3,2 milyon avro dəyərində 161 kq kokain aşkar edib.
AzVision.az xəbər verir ki, bu barədə şənbə günü yunan mediası məlumat yayıb.

Məlumata görə, Saloniki Təhlükəsizlik Xidmətinin Narkotiklərlə Mübarizə İdarəsi yerli və beynəlxalq hakimiyyət orqanları ilə birgə 161,23 kq kokain müsadirə edib. Latın Amerikasından Yunanıstana bananların daşındığı qablardakı xüsusi yerlərdə 100 bağlama narkotik aşkar edilib.

İş üzrə onu Yunanıstan vətəndaşı olmaqla 14 nəfər həbs edilib.

AzVision.az



Teqlər: Yunanıstan   Narkotika  





Xəbər lenti