Kaluqaya iki PUA düşüb

Kaluqaya iki PUA düşüb
  05 İyun 2023    Oxunub:837
Rusiyanın Kaluqa vilayətində M3 magistralına iki Pilotsuz Uçuş Aparatı (PUA) düşüb.
AzVision.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vladislav Şapşa Telegram kanalında məlumat yayıb.

Regionun rəhbəri qeyd edib ki, pilotsuz təyyarələrdən biri magistralın 299-cu kilometrliyində Jizdra şəhərində, ikincisi isə avtomobil yolunun 283-cü kilometrliyində Duminiçi kəndi ərazisində düşüb.
"Heç bir partlama olmayıb, ərazi nəzarətə götürülüb, bölgədə əməliyyat və texniki tədbirlər həyata keçirilir", - Şapşa bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər: PUA   Kaluqa  





Xəbər lenti