Ukrayna Ordusu Azov dənizinə çıxmaq üçün Zaporojyedə irəliləməyə çalışır

Ukrayna Ordusu Azov dənizinə çıxmaq üçün Zaporojyedə irəliləməyə çalışır
  05 İyun 2023    Oxunub:826
"Ukrayna Silahlı Qüvvələri Azov dənizinə çıxmaq üçün Zaporojye istiqamətində hücumlara cəhd edir".
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov deyib.

Xatırladaq ki, bundan əvvəl Roqov Ukrayna Silahlı Qüvvələrinin bazar ertəsi səhər saatlarından Zaporojyedə fəallaşdığını bildirmişdi.

Son günlər Ukrayna qoşunları cəbhəni yararaq daha da irəliləməyə çalışsalar da, Rusiya ordusu hələlik ciddi müqavimət göstərir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti