İsrailli deputatlar Bakıda Kibertəhlükəsizlik Mərkəzində

   İsrailli deputatlar Bakıda Kibertəhlükəsizlik Mərkəzində
  05 İyun 2023    Oxunub:730
İsrail Knessetinin Xarici Əlaqələr və Müdafiə Komitəsinin sədri Yuli Edelşteyn və Knessetin deputatı Ram Ben Barak Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Bakıda Kibertəhlükəsizlik Mərkəzində olublar.
AzVision.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Coirc Dik tviterdə paylaşım edib.

“Tələbələrin kibertəhlükəsizliyə olan həvəsi və yüksək səviyyəli təlimləri onları heyran etdi. İsrail-Azərbaycan tərəfdaşlığı inkişaf edir”, - paylaşımda deyilir.

AzVision.az


Teqlər:





Xəbər lenti