Zatulin bütün vəzifələrini itirə bilər: Hakim partiya müzakirələrə başladı

      Zatulin bütün vəzifələrini itirə bilər:    Hakim partiya müzakirələrə başladı
  05 İyun 2023    Oxunub:1790
Rusiyada hakim “Vahid Rusiya” partiyası Dövlət Dumasının deputatı, MDB, Avrasiya inteqrasiyası və həmvətənlərin işləri üzrə Komitə sədrinin birinci müavini Konstantin Zatulinin bəyanatları ilə bağlı məsləhətləşmələrə başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə “Vedomosti” mənbələrə istinadən məlumat yayıb. Narazılığa Zatulinin Ukraynadakı hərbi əməliyyatın məqsədlərinin hələ də yerinə yetirilməməsi ilə bağlı sözləri səbəb olub.

Deputat bu mövzunu iyunun 1-də “Bizə hansı Ukrayna lazımdır?” adlı forumda qaldırıb. Onun sözlərinə görə, Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyada təkcə sənaye deyil, bütövlükdə həyat hərbi vəziyyətə keçməlidir. O əlavə edib ki, Rusiya Ukraynada münaqişə başlananda qarşıya qoyduğu məqsədlərin heç birinə çatmayıb.

Nəşr bildirib ki, vəziyyətlə “Vahid Rusiya” partiyasının sədrinin birinci müavini Vyaçeslav Makarov məşğul olur və baxılan tədbirlər arasında K. Zatulinin Dövlət Dumasının komitə sədrinin birinci müavini vəzifəsindən məhrum edilməsi və partiyadan qovulması da var.

Qeyd edək ki, K.Zatulin ermənilərin, ilk növbədə Azərbaycanda separatçı qüvvələrin havadarı sayılır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti