Seçkiyə görə Kennedinin hesabı blokdan çıxarıldı

  Seçkiyə görə Kennedinin hesabı blokdan çıxarıldı
  05 İyun 2023    Oxunub:827
ABŞ-da prezidentliyə namizəd, vəkil Robert Kennedinin "İnstagram" hesabı blokdan çıxarılıb.
AzVision.az xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb.

Platforma Kennedinin hesabını 2021-ci ildə "koronavirus və ya peyvəndlər haqqında təkzib edilmiş iddiaları dəfələrlə yaydığına" görə silmişdi. 2022-ci ildə isə onun "Uşaq Sağlamlığı Müdafiəsi" qeyri-kommersiya təşkilatının hesabı yalan tibbi məlumat yaydığına görə dayandırılıb.

“O, hazırda ABŞ prezidentliyinə fəal namizəd olduğu üçün biz kiçik Robert Kennedinin "Instagram" hesabına girişi bərpa etdik”, - Meta şirkətinin sözçüsü Endi Stoun WP-yə deyib.

Qeyd edək ki, R.Kennedi Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq niyyətindədir. O, senator Robert Kennedinin (1925-1968) oğlu və öldürülən keçmiş ABŞ prezidenti Con Kennedinin (1917-1963) qardaşı oğludur.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti