Türkiyədə sabah yeni kabinetin ilk iclası keçiriləcək

   Türkiyədə sabah yeni kabinetin ilk iclası keçiriləcək
  05 İyun 2023    Oxunub:1095
Xəbər verdiyimiz kimi , iyunun 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni kabineti açıqlayıb.
Nazirlər bu gün təhvil-təslim mərasimlərini başa vuracaqlar. Sabah Nazirlər Kabinetinin ilk iclası keçiriləcək. İclasda iqtisadiyyat və terrorla mübarizə mövzularının gündəmə gəlməsi gözlənilir.
"Çavuşoğlu ilə dostluğumuz məktəbdən başlayıb" - Yeni nazir


Qeyd edək ki, yeni kabinetə ədliyyə naziri Yılmaz Tunc, ailə və sosial təminat naziri Mahinur Özdemir Göktaş, gənclər və idman naziri Osman Aşkın Bak, energetika naziri Alparslan Bayraktar, müdafiə naziri Yaşar Gülür, daxili işlər naziri Ali Yerlikaya, xarici işlər naziri Hakan Fidan, maliyyə və xəzinə naziri Mehmet Şimşek, səhiyyə naziri Fahrettin Koca, sənaye naziri Mehmet Fatih Kaçır, kənd təsərrüfatı və meşə naziri İbrahim Kumaklu, mədəniyyət və turizim naziri Mehmet Ersoy ticarət naziri Ömer Bolat, təhsil naziri Yusuf Tekin, Prezidentin köməkçisi isə Cevdet Yılmaz təyin olunublar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Çavuşoğlu  





Xəbər lenti