Kənani: "Azərbaycanlı bacı-qardaşlarımıza qol açmaq siyasəti yürüdürük"

   Kənani:    "Azərbaycanlı bacı-qardaşlarımıza qol açmaq siyasəti yürüdürük"
  05 İyun 2023    Oxunub:771
İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani Azərbaycana dair diqqət çəkən açıqlamalar verib.
O, Azərbaycan Xarici İşlər Nazirliyinin vətəndaşların İrana getməsi ilə bağlı xəbərdarlığına fərqli don geyindirməyə çalışıb: "Bu, sionist rejimin prezidentinin Bakıya son səfəri zamanı sərgilədiyi siyasətin eynisidir. Azərbaycan xalqını qorxutmalı olan sivil və İslami İran deyil , İsraildir".

Kənani iddia edib ki, guya Tehranın siyasəti hələ də vizanı ləğv etmək və "azərbaycanlı bacı-qardaşlarımıza qollarımızı açmaqdır".

"Qarşılıqlı hörmət çərçivəsində təbii ki, qonşuluq siyasətinin davam etdirilməsi gündəmimizdə başda durur”, - XİN rəsmisi vurğulayıb.

AzVision.az



Teqlər: İran  





Xəbər lenti