"Ukrayna yay əks-hücumunda F-16-lardan istifadə etməyəcək" - Reznikov

   "Ukrayna yay əks-hücumunda F-16-lardan istifadə etməyəcək" -    Reznikov
  05 İyun 2023    Oxunub:844
Ukrayna bu yay Rusiya qüvvələrinə qarşı əks hücumda F-16 qırıcılarından istifadə etməyəcək. Lakin ölkə bütün mövcud yerüstü texnikalardan yaralanacaq.
AzVision.az xəbər verir ki, bunu NHK telekanalına müsahibəsində müdafiə naziri Aleksey Reznikov deyib. O qeyd edib ki, bir sıra Qərb ölkələri ukraynalı pilotlara qırıcılardan istifadə barədə təlim keçməlidir.

Reznikov əlavə edib ki, pilotların hazırlanması müəyyən vaxt aparacaq. Eyni zamanda Ukrayna öz tərəfdaşları ilə qırıcılara texniki qulluq və təmir edə biləcək mühəndis-texniki heyətin təminatı məsələsində razılaşmalı olacaq. Onun sözlərinə görə, Ukrayna payız və ya qışda F-16-ları yerləşdirməyə hazır olacaq.

Qeyd edək ki, bir sıra Avropa ölkələri, eləcə də Kanada və ABŞ F-16 döyüş təyyarələrində Ukrayna pilotlarına təlim keçmək istəklərini bildiriblər. ABŞ prezidenti Co Bayden Yaponiyada keçirilən G7 sammitində Vaşinqtonun bu təşəbbüsə qoşulmaq niyyətini təsdiqləyib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti