Turistlər rəqqasəyə sataşdıqları üçün döyüldülər

  Turistlər rəqqasəyə sataşdıqları üçün döyüldülər
  05 İyun 2023    Oxunub:946
Türkiyənin Kemer şəhərində yerləşən beşulduzlu Orange County otelinin mühafizəçisi rus turisti gecə saatlarında döyüb. Bu barədə TourDom portalı yazır.
Səyahət agentliyindən bildirilib ki, yalnız böyüklərdən ibarət formatda olan otelin təhlükəsizlik işçisi müştərisinə hücum edib və rusiyalının gözü zədələnib.

Qeyd olunur ki, Rusiyadan gələn səyyahlar qrupu gecə dəniz sahilində vaxt keçirmək istəyib. Bu zaman onlar arasından bir nəfərlə mühafizəçilərin mübahisəsi düşüb. Mübahisəyə digər səyyah da qoşulub və əlbəyaxa dava olub.

Otel rəhbərliyi rusları dərhal çıxarmağı və cərimə tətbiq etməyi tələb edib. Otelin nümayəndələri mühafizəçilərin mübahisə edən turistləri ayırdıqlarını və fiziki güc tətbiq etmədiklərini bildiriblər. Həmçinin, onların məlumatına görə, ruslar oteldə səs- küy salıb, digər qonaqlara və rəqqasələrə sataşıb, əməkdaşların ünvanına nalayiq ifadələr işlədiblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Turist  





Xəbər lenti