Ermənistana 350 kq heroin keçirən İran vətəndaşına 9 il iş kəsildi

Ermənistana 350 kq heroin keçirən İran vətəndaşına    9 il iş kəsildi
  05 İyun 2023    Oxunub:1299
Ermənistan məhkəməsi İrandan qaçaqmalçılıq yolu ilə 350 kq heroini gətirmiş İran vətəndaşını 9 il müddətinə azadlıqdan məhrum edib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Baş Prokurorluğun məlumatına görə, İran vətəndaşı A.Ş. həmyerlisinə Ermənistana qadağan olunmuş yüklərin daşınmasında köməklik göstərib. Yüklər buradan Hollandiyaya göndərilməli imiş.

Narkotiklər 2021-ci ilin fevral ayında Mehri gömrüyündən maya adı altında Ermənistana gətirilib. 2022-ci ilin yanvar ayında A.Ş. həbs edilib. 2023-cü ilin fevralında İrəvan birinci instansiya məhkəməsi onu 9 il müddətinə azadlıqdan məhrum edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   İran  





Xəbər lenti