Bayramov iyunun 12-də Mirzoyanla görüşür

   Bayramov iyunun 12-də Mirzoyanla görüşür
  05 İyun 2023    Oxunub:906
Ermənistan xarici işlər nazirləri Ararat Mirzoyan və Azərbaycan Ceyhun Bayramov arasında danışıqların növbəti raundu iyunun 12-də keçiriləcək.
Bu barədə "Sputnik Ermənistan"a Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib. O, qarşıdakı görüşün digər təfərrüatlarını açıqlamayıb və bunun daha sonra olacağını qeyd edib.

Xatırladaq ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında Vaşinqtonda əvvəlki danışıqlar 4 gün (1-4 may) davam edib. Nazirlər iki dəfə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti