"Mühafizədən mən özüm imtina etdim" - Paşinyanın oğlu

   "Mühafizədən mən özüm imtina etdim" -    Paşinyanın oğlu
  05 İyun 2023    Oxunub:962
Ermənistan Dövlət təhlükəsizlik xidmətinin əməkdaşları baş nazirin oğlu Aşot Paşinyana xidmət etmirl. Bu barədə A. Paşinyan məhkəmə iclasında bildirib.
Baş nazirin oğlu deyib ki, onu mühafizə edib-etməmək məsələsinə konkret məqamda əməliyyat vəziyyətindən və ya məqsədəuyğunluğundan asılı olaraq Dövlət Təhlükəsizlik Xidməti özü qərar verir.

"Mən könüllü olaraq mühafizədən imtina etdim", - A. Paşinyan qeyd edib.

Xatırladaq ki, mayın 18-də 44 günlük müharibədə öldürülmüş erməni hərbçinin anası Qayane Akopyan baş nazirin oğlu Aşotun oğurlanmasına cəhddə şübhəli bilinərək saxlanılıb.

Aşot deyib ki, onu oğurlamaqda təqsirləndirilən əsgər Jora Martirosyanın anası Qayane Akopyanın hansı məqsədlər ona qarşı belə davranmasından xəbərsizdir. O, avtomobilə öz istəyi ilə mindiyini bildirib. Baş nazirin oğlunun sözlərinə görə, ona yalnız maşında Yerablur hərbi panteonuna getdikləri barədə məlumat verilib.

Kiçik Paşinyan deyib: “Oğurlanmaya cəhd mənə maşından düşməyə icazə verilməyəndə başladı".

Barışıq və ümumilikdə cinayətlə bağlı işin bağlanmasına gəlincə, baş nazirin oğlu deyib ki, ədaləti o yox, müvafiq strukturlar həyata keçirməlidir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: AşotPaşinyan  





Xəbər lenti