Türkiyə XİN-in yeni rəhbəri ilk açıqlamasını verdi

   Türkiyə XİN-in yeni rəhbəri ilk açıqlamasını verdi
  05 İyun 2023    Oxunub:894
Türkiyə milli maraqlara əsaslanan və istənilən formada təsirdən müstəqil olmağa hədəflənən xarici siyasət konsepsiyasına sadiq qalmaqda davam edəcək.
Bu barədə Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan bildirib. “XİN rəhbəri postunda Türkiyənin maraqlarının müdafiəsi və təşviqi, ölkənin bütövlüyü, təhlükəsizliyi və rifahı naminə əlimdən gələni əsirgəməyəcəyəm”, - deyə nazir əmin edib.

O, Cümhuriyyətin yüzilliyi və türk diplomatik xidmətinin 500-cü ildönümündə Xarici İşlər Nazirliyinin rəhbəri postuna təyin edilməsi ilə əlaqədar məmnun olduğunu bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti