Baş prokuror AŞPA-nın həmməruzəçiləri ilə görüşüb

AŞPA həmməruzəçiləri Azərbaycanın hüquq sistemində aparılan islahatları müsbət qiymətləndirdiklərini vurğulayaraq Avropa Şurası ilə ölkənin müvafiq qurumları ilə əlaqələrin inkişafında və qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Tərəflər arasında Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icra vəziyyəti müzakirə edilərək qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Görüşdə Avropa Şurasının Bakı Ofisinin rəhbəri Petr Zix və Milli Məclisin deputatı Kamal Cəfərov iştirak ediblər.
AzVision.az
Teqlər: