Tovuz, Goranboy və Gədəbəyə dolu düşdü

   Tovuz, Goranboy və Gədəbəyə dolu düşdü
  05 İyun 2023    Oxunub:711
Bəzi rayonlarda yağış yağıb, dolu düşüb.
Bu barədə AzVision.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 5-i saat 18:00-a olan məlumata əsasən, Daşkəsən, Göygöl, Goranboy, Tovuz, Gədəbəydə şimşək çaxıb, yağış yağıb.

Tovuz rayonunun Kirən məntəqəsində saat 14:55-15:07 radələrində diametri 20 mm, Goranboy rayonunun Börü, Buzluq və Erkeç kəndlərinə saat 16:40-16:45 radələrində 8-9 mm, Gədəbəy rayonunun Samanlıq kəndinə isə saat 17:10 radələrində dolu düşüb.


AzVision.az


Teqlər:





Xəbər lenti