İsrail ilə ikitərəfli əlaqələr müzakirə olunub

İsrail ilə ikitərəfli əlaqələr müzakirə olunub
  05 İyun 2023    Oxunub:858
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov İsrail Knessetinin Xarici əlaqələr və müdafiə komitəsinin sədri Yuli Yoel Edelşteynin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata görə, görüşdə Səməd Seyidov ölkələrimiz arasında siyasi, ticarət-iqtisadi, humanitar və digər sahələrdə yüksələn xətt üzrə inkişaf edən əlaqələrdən danışıb. İsrail Prezidentinin bu yaxınlarda ölkəmizə səfəri çərçivəsində Azərbaycan Prezidenti ilə görüşünün əməkdaşlığımızın inkişafına yeni impulslar verdiyini vurğulayan komitə sədri, həmçinin Azərbaycanın İsraildə səfirliyinin açılmasının ölkələrimiz arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırdığını vurğulayıb.

Görüşdə Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Asim Mollazadə, Rasim Musabəyov, Sevinc Fətəliyeva, Nigar Arpadarai xalqlarımızın səmimi dostluğundan, ticari-iqtisadi əlaqələrdən söz acıblar, yəhudilərin ölkəmizdə qardaşlıq münasibətində yaşadıqlarını vurğulayıblar. Bu əməkdaşlığın inkişaf etdirilməsi və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Sonra görüşdə İsrail Knessetinin Xarici əlaqələr və müdafiə komitəsinin sədri Yuli Yoel Edelşteyn ölkəmizə səfəri ilə bağlı təəssüratlarını bölüşüb. O, ölkələrimizin dostluğundan söhbət açıb. Qonaq parlamentlərarası münasibətlərin gücləndirilməsi, dostluq qrupları arasında əlaqələrin inkişafı ilə bağlı fikirlərini bölüşüb.

Görüşdə Knessetin Xarici əlaqələr və müdafiə komitəsinin diplomatik məsələlər üzrə başçısı Sara Zvebner, Xarici əlaqələr və müdafiə komitəsinin üzvü Ram Ben Barak, İsrailin ölkəmizdəki səfiri Corc Dik və digər rəsmi şəxslər iştirak ediblər.

AzVision.az



Teqlər:





Xəbər lenti