Ukrayna hərbçiləri əks-hücum əməliyyatlarına keçir

   Ukrayna hərbçiləri əks-hücum əməliyyatlarına keçir
  05 İyun 2023    Oxunub:1083
Ukrayna hərbçiləri cəbhənin bəzi bölgələrində əks-hücum əməliyyatlarına keçir.
Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib. “Müdafiə əməliyyatı əks-hücum hərəkətləri də daxil olmaqla hər şeyi ehtiva edir. Ona görə də bəzi bölgələrdə biz hücum hərəkətlərinə keçirik”,- deyə Malyar əlavə edib.

Malyar qeyd edib ki, Baxmut istiqaməti hərbi əməliyyatların episentri olaraq qalır: “Orada ukraynalı döyüşçülər kifayət qədər geniş cəbhəboyu hərəkət edirlər. Eyni zamanda, rus işğalçıları müdafiəyə keçərək öz mövqelərini saxlamaq istəyirlər. Cənubda da düşmən müdafiəyə keçir. Orada yerli döyüşlər davam edir”.


AzVision.az


Teqlər:





Xəbər lenti