Yaponiya əhalisi sürətlə azalır

   Yaponiya əhalisi sürətlə azalır
  05 İyun 2023    Oxunub:946
Yaponiyada ötən il yenidoğulanların sayı 1899-cu ildə statistika aparılmağa başlayandan bəri ilk dəfə 800 mindən aşağı düşüb.
Bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, keçən il ölkədə 770 min körpə dünyaya gəlib ki, bu da əvvəlki illə müqayisədə 40 min az uşaq deməkdir.

Bununla da Yaponiyada hər qadının dünyaya uşaq gətirmək əmsalı 2005-ci ildəki antirekordu (1,26 uşaq) təkrarlayıb. Doğumun azalması fonunda ölüm sayı ardıcıl 16 ildir çoxalır. Ötən il 1,57 milyon ölüm qeydə alınıb ki, bu da tarixi antirekorddur.

AzVision.az


Teqlər:





Xəbər lenti