Şəfiqə Nağıyevanı maşın vurdu

   Şəfiqə Nağıyevanı maşın vurdu
  06 İyun 2023    Oxunub:1819
Tanınmış vəkil Şəfiqə Nağıyevanı avtomobil vurub
AzVision.az xəbər verir ki, vəkilin qəza keçirməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, hadisə aparıcı Tarix Əliyevin ( Tolik) ad günü məclisindən çıxarkən Nizami rayonunda baş.

Məlumatı Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsindən təsdiq ediblər.

İdarənin baş inspektoru Araz Əsgərli deyib ki, hadisə nəticəsində vəkil dərhal xəstəxanaya aparılıb, vəziyyətinin yaxşı olduğu bildirilir:

“Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Hadisə törədən “KİA” markalı avtomobilin sürücüsünün şəxsiyyəti müəyyən edilib. Hazırda araşdırma aparılır.”


AzVision.az


Teqlər: Vəkil  





Xəbər lenti