Tehran erməni iş adamlarını Azərbaycanla sərhəddə yerləşdirir - FOTO

   Tehran    erməni iş adamlarını    Azərbaycanla sərhəddə yerləşdirir    - FOTO
  06 İyun 2023    Oxunub:1254
İran hökuməti erməni iş adamlarını Azərbaycanla sərhəddə yerləşən Araz Azad İqtisadi Zonasına gətirib.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. “Azad İran” “Telegram” kanalının paylaşımında qeyd edilir ki, bu yaxınlarda Qafan şəhərində keçirilən investisiya imkanları üzrə konfrans və Araz Azad İqtisadi Zonasında istehsal edilən məhsulların təqdimatı sərgisində bir qrup erməni sahibkar iştirak edib.

Ermənilər Rusiyanı atıb, İranı tutur - Sorğunun nəticələri
Məlumata görə, sözügedən konfrans və sərgidən sonra bir qrup erməni iş adamı tikinti və nəqliyyat sənayesi sahəsində, İranın Qafandakı Baş Konsulluğunun dəstəyi ilə Araz Azad İqtisadi Zonasında olub.

Görüşdə erməni tərəf həmin zonada fəaliyyət göstərən bir sıra fabriklərə baş çəkib, onlarla investisiya sahəsində necə qarşılıqlı əlaqə qurmaq istəklərini bildirib. Araz Azad Ticarət Zonası Təşkilatının rəsmisi bu barədə erməni qonaqlara lazımi məlumatları verib.

Qeyd olunur ki, bu ay Araz Azad Ticarət Zonasında istehsal olunan ilk məhsullar iranlı investorlar tərəfindən Ermənistanın Qafan şəhərinə ixrac edilib.

AzVision.az



Teqlər:   İran   Ermənistan   İş-adamı  





Xəbər lenti